“Ərdoğan bizə hərbi etika dərsi keçə bilməz” - Netanyahu

“Ərdoğan bizə hərbi etika dərsi keçə bilməz”
Oxunma sayı: 3224

“Türkiyə prezidenti Şimali Kiprin işğalını dəstəkləyir, Suriyaya soxulur. İndi bizə dastan oxumamalıdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu prezident Rəcəb Tayyib Ərdoğanın çıxışına cavab olaraq deyib:

“Minlərlə türk əsgərini Şimali Kiprin işğalına dəstək üçün göndərən, Suriyaya soxulan insan indi bizə dastan söyləməməlidir. Biz özümüzü HƏMAS-ın hücumundan qoruyuruq. O insan bizə hərbi etika dərsi keçə bilməz”.

Qeyd edək ki, Ərdoğan İsraili terrorçu dövlət adlandıraraq Netanyahunun əllərində fələstinlilərin qanı olduğunu demişdi.

Nuranə 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi