Ərdoğan BMT-nin baş katibi ilə danışdı

erdogan-bmt-nin-bas-katibi-ile-danisdi
Oxunma sayı: 934

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanla Quterreş Fələstin və Suriya məsələlərindən danışıblar. ABŞ-ın səfirliyini Qüdsə köçürərək BMT-nin qərarlarına qarşı çıxdığını bildirən prezident İsrailin Qəzzadakı silahlı hücumuna beynəlxalq ictimaiyyətin daha sərt reaksiya verməli olduğunu qeyd edib.

Quterreş isə öz növbəsində Suriya məsələsinin həlli üçün Türkiyənin Cenevrə və Astana görüşlərində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. 

Nuranə