Ərdoğan bu dəfə Ruhani ilə danışdı

erdogan-bu-defe-ruhani-ile-danisdi
Oxunma sayı: 1511

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı növbəti telefon görüşməsi edib.

“Qafqazinfo” xəbər verir ki, günorta saatlarında rusiyalı həmkarı Vladimir Putinlə müzakirə aparan Ərdoğan, axşam saatlarında İran prezidenti Həsən Ruhani ilə danışıb.

İki liderin əsas müzakirə mövzusu Suriyada antiterror əməliyyatları olub.

Onlar bu istiqamətdə Türkiyə və İranın birgə fəaliyyəti artırmasının məmnuniyyətverici olduğunu dilə gətiriblər.