Ərdoğan CHP üçün lətifə danışdı

erdogan-chp-ucun-letife-danisdi
Oxunma sayı: 642

“Molla Nəsrəddindən soruşublar, alimsən, biliklisən. Amma de görək bu günə qədər bir icadın, kəşfin oldumu? Molla Nəsrəddin, “qarla çörək yeməyi mən kəşf etdim. Amma bu heç mənim özümün də xoşuna gəlmədi” – deyib. İndi CHP də bunu edib. Bir boykot icad etdi, amma heç özünün də xoşuna gəlmədi”.

Baş nazirin danışdığı bu lətifə iclas iştirakçılarının qəhqəhə ilə gülməsinə səbəb olub.

Xatırladaq ki, Türkiyədə keçirilən parlament seçkisindən sonra ölkənin ana müxalifətçi Cumhuriyyət Xalq Partiyası (CHP) qrup qərarı ilə Milli Məclisdə and içərək mandatlarını almaqdan imtina etmişdilər. İki gün əvvəl isə partiya daxilində yarnmış narazılıqlar səbəbilə CHP üzvləri parlamentdə and içərək mandatlarını alıblar.