Ərdoğan da onu təbrik etdi

erdogan-da-onu-tebrik-etdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Gürcü arzusu” koalisiyası xəbər yayıb.

Xəbərdə deyilir ki, bu gün Ərdoğanla İvanişvili arasında telefon danışığı olub: “Rəcəb Tayyib Ərdoğan Bidzina İvanişvilini parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. Söhbətin gedişatında Türkiyə-Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinə daha çox diqqət yetirilib. Tərəflər bu cür əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümid etdiklərini bildiriblər”.