Ərdoğan Davosa çağırıldı

erdogan-davosa-cagirildi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bruncko Dünya İqtisadi Forumu oplaraq Türkiyə ilə əlaqələrinin mükəmməl olduğunu, ötən il Orta Şərq, Şimali Afrika və Avrasiya Zirvəsinin İstanbulda keçirildiyini xatırladaraq bu toplantının DİF – Türkiyə əlaqələrinin nə qədər yaxşı olduğuna sübut olduğunu bildirib.

O, Türkiyənin geniş nümayəndə heyəti ilə Davosa qatılmağından son dərəcə məmnun olduğunu söyləyib: “Biz hökumət liderlərinin hər zaman toplantılarımızda iştirakından böyük məmnunluq duyuruq. Bu il bir çox lider Davosdakı toplantımıza qatılacaq. Baş nazir Ərdoğanın da toplantıya qatılmaqdan məmnunluq duyacağını, lakin ağır iş qrafikindən dolayı qatılmadığını düşünürük. Bu, son dərəcə anlaşılan situasiyadır. Bu il baş naziri onun müavini Ali Babacan Davosda təmsil edəcək. Türkiyədən güclü heyət gəlir. Biz Türkiyə baş nazirini də ən qısa zamanda Davosda görmək istəyirik”.

Qeyd edək ki, prezident İlham Əliyev də Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 22-də İsveçrə Konfederasiyasına işgüzar səfərə yola düşüb.