Ərdoğan “Dərin dövlət”i ittiham etdi

erdogan-derin-dovleti-ittiham-etdi
Oxunma sayı: 635


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, baş nazirin evinin altındakı ofisindən tapılan səsötürücülər polisə təhvil verilib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan canlı verilişdə ofisində səsötürücü tapdığını və bununla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparıldığını açıqlayıb.

Bu, baş nazirin qarşılaşdığı ilk hadisə deyil. Bir neçə ay əvvəl Ərdoğanın iş yerində də gizli yerləşdirilmiş səsötürücülər tapılıb və şəxsi mühafizə rəisi işdən qovulub. Daha sonra baş nazirin avtomobilində və şəxsi mühafizəçisində səsötürücülər aşkar olunub.

Baş nazir Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı mediaya məlumat verib: “Yəqin ki, “Dərin dövlət” deyilən məsələyə gizli təqiblər də daxildir. İş yerimə, avtomobilimə, mühafizəçimə səsötürücü yerləşdirdilər. İndi isə evimin altındakı ofisimdə səsötürücü tapılıb. Bunu təşkil eləyənlər insanı ən yaxınından vururlar”.