Ərdoğan Əliyevə zəng edib başsağlığı verdi

Ərdoğan Əliyevə zəng edib başsağlığı verdi
Oxunma sayı: 1367

Martın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi