Ərdoğan gəldi- - Yenilənir

erdogan-geldi-
Oxunma sayı: 5458


 “Qafqazinfo” xəbər verir ki,  bu barədə TRT kanalı məlumat verib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Görüşmələrə başlamaq üçün baş nazir hazırda prezident İlham Əliyevin Zaqulbadakı iqamətgahına yola düşür.

***

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşüb. Əliyev baş naziri prezident iqamətgahında qarşılayıb. Ərdoğan və Əliyev naharda təkbətək görüşəcəklər. Mətbuata qapalı baş tutacaq təkbətək və heyətlərarası görüşlərdən sonra ortaq mətbuat konfransı keçiriləcək.