Ərdoğan hamını hədələdi

erdogan-hamini-hedeledi
Oxunma sayı: 4358

 "CNN Türk" xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən mitinqində çıxışı zamanı deyib. Ərdoğan bildirib: "Biz söyləyəcəyimizi demokratik yollarla söyləyərik". Baş nazir çıxışında xarici KİV-ləri tənqid edib: "Fəaliyyətini yalan üzərində quran xarici KİV-lər Türkiyə xalqını fərqli göstərməyə çalışır. Bu millət sizin dünyaya təqdim etdiyiniz millət deyil. Türkiyədə nələr olduğunu görmək istəyən bu mitinqə baxsın". Ərdoğan artıq səbrinin daşdığını deyib: "Mən etirazçıların nümayəndələrinə xəbərdarlıq etdim ki, Gezi parkını boşaldın. Əks təqdirdə, terror təşkilatlarına rəğmən, qılınc gücünə də olsa bu parkı boşaldacağıq". O bildirib ki, Avropa İttifaqının Türkiyə ilə bağlı qərar qəbul etmək haqqı yoxdur: "Həddini bil, Avropa İttifaqı! Biz Aİ-nin qərarını tanımırıq". Baş nazir vurğulayıb ki, Türkiyə sosial şəbəkələr vasitəsilə üzərində əməliyyatlar aparılacaq ölkə deyil.