Ərdoğan Hollandiyadakı atışma ilə bağlı danışdı

erdogan-hollandiyadaki-atisma-ile-bagli-danisdi
Oxunma sayı: 1381

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Utrext şəhərində tramvayda Türkiyə vətəndaşı Gökmən Tanışın 3 nəfəri öldürməsi, 9 nəfəri də yaralaması ilə bağlı danışıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, o, hadisənin Türkiyə kəşfiyyat orqanları tərəfindən araşdırıldığını bildirib:

“Hücumun terror aktı, yoxsa şəxsi məsələ olduğu araşdırılır”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi insidentlə bağlı açıqlama yayaraq hadisəni qınayıb və Niderland xalqı ilə həmrəy olduğunu ifadə edib.