Ərdoğan iki gündə üçüncü ölkəyə səfər etdi

Ərdoğan iki gündə üçüncü ölkəyə səfər etdi
Oxunma sayı: 930

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfərləri davam edir.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, dünən Rusiya və Küveytə səfər edən Ərdoğan bu gün axşam saatlarında Qətərə yollanıb.

Onu hava limanında müdafiə naziri Xalid bin Məhəmməd əl-Adiyə qarşılayıb.

Ərdoğan hava limanından ayrılaraq birbaşa keçmiş Qətər əmiri Əl Sani ilə axşam yeməyinə gedib. Ziyafət mətbuata qapalı keçirilib.

Qeyd edək ki, rəsmi görüşlər sabah baş tutacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi