Ərdoğan İspaniya kralına başsağlığı verib

erdogan-ispaniya-kralina-bassagligi-verib
Oxunma sayı: 643

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İspaniyanın kralı VI Felipeyə Barselonanın mərkəzində törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə başçısı İspaniyada baş verən terror aktını qətiyyətlə pisləyib.

Ərdoğan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.