Ərdoğan Kılıçdaroğlu ilə məzələndi

erdogan-kilicdaroglu-ile-mezelendi-
Oxunma sayı: 653

Baş nazir həm özü gülüb, həm də millət vəkillərini güldürüb. “Qafqazinfo”nun məlumatına görə, ötən həftə qrup toplantılarını Tandoğan meydanında keçirən CHP-çilər baş nazirin qəzəbinə tuş gəlib: “Bu gün məclisi boykot edib Tandoğana gedənlər, yəqin məktəb vaxtı da qaçıb başqa yerə gediblər”.

Ərdoğan TBMM-də təhsilin 4+4+4 keçidinə etiraz edən CHP lideri Kamal Kılıçdaroğluna nəvələrini örnək gətirib: “Kılıçdaroğlu hesab mütəxəssisidir. Amma 4+4+4 mövzusunda onun ciddi problemləri var. Hesab taxtası qarşısında bunu təkrar etsə faydalı olar, bunu təzədən gözdən keçirməsini tövsiyə edirəm. Mən öz nəvələrimə hesab taxtası aldım, yaxşı da nəticəsi oldu”.