Ərdoğan Kılıcdaroğlunu məhkəməyə verdi

erdogan-kilicdaroglunu-mehkemeye-verdi
Oxunma sayı: 696

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlu haqqında 1 milyon lirəlik təzminat davası açıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, təzminat davasına səbəb isə Kılıçdaroğlunun işlətdiyi “Əsəd ilə Ərdoğan arasında ton fərqi var. İkisi də repressivdir” ifadəsi olub.

Ərdoğan keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə baş nazirini bu cür təhqir edə biləcək cəsuru qarşımda görmürəm və buna görə də ona lazımi cavabı vəkillərim verəcək:

“Təzminatdırsa təzminat. Bu günə qədər qazadığım çoxlu sayda məhkəmə davası olub. Kayseri bələdiyyə sədrim bilirsiniz ki, bu təzminatları kolbasa festivallarında xalqa dağıtdı”.