Ərdoğan: “Mən yatıb çıxmışım”

erdogan-men-yatib-cixmisim
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri də Dəniz Baykalın baş nazirə “2002-ci ildə Ərdoğanın millət vəkili kimi yolunu biz açdıq” ifadəsinə dünən də indiki sədr Kamal Kılıçdaroğlundan dəstək gəlib. Ərdoğan isə məsləyə aydınlıq gətirib. Baş nazirin sözlərinə görə, onun vəziyyəti tamamilə fərqlidir: “Baykal mənim üçün heç nə etməyib. Baykalın da, CHP-nin də mənim yolumu açması kimi fikir yürüdülməsindən söhbət gedə bilməz”. Ərdoğan bildirib ki, bu məsələnin onunla heç bir əlaqəsi yoxdur: “Mən yatmışam, çıxmışam. Üstəlik də mən nə etmişəm? Təlim-tərbiyə kabinetinin təsdiqlədiyi kitabda yer alan şeir oxumuşam. Hadisə budur. Bunlarınkı isə mütəşəkkil cinayətdir. Bir tərəfdən KCK var ki, bilirsiniz təşkilat ilə əlaqəsi var. Digər tərəfdən isə dövlətə qarşı işlənən cinayət halları var. Mənim vəziyyətim ilə bu eyni ola bilərmi?”.

Qeyd edək ki, dünən CHP-nin deputatları Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçilmiş yeni millət vəkillərinin parlamentdə keçiriləcək andiçmə mərasiminə qatılmayıblar. CHP rəhbərliyi və millət vəkilləri terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilmiş və iyunun 12-də CHP-dən millət vəkili seçilmiş tanınmış jurnalist Mustafa Balbay və məşhur həkim Mehmet Haberalın azadlığa buraxması ilə əlaqədar and içmədən imtina ediblər.
Bu gün baş nazir köməkçisi Cəmil Çiçək məclis başqanlığı məsələsini müzakirə etmək üçün CHP sədri Kılıçdaroğlu ilə görüşəcək. Görüşdə məhbus deputatların Məclisə girməsinə imkan verən təklifin də müzakirəsi gözlənilir.

Nərgiz Ehlamqızı