Ərdoğan Merkellə telefonla danışdı

erdogan-merkelle-telefonla-danisdi
Oxunma sayı: 968

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər Türkiyə və Almaniya arasında dialoq və əməkdaşlığa təkan vermək qətiyyətini vurğulayıblar. Bundan əlavə qeyri-qanuni miqrasiya və miqrantlar məsələsində də birlikdə işləməyə davam edəcəklər.

Türkiyə prezidenti Afrində keçirilən "Zeytun budağı" əməliyyatı barəsində qarşı tərəfə məlumat verib.