Ərdoğan məşhurları qonaq etdi - Fotolar

erdogan-meshurlari-qonaq-etdi
Oxunma sayı: 3637

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan film sektorunun tanınmış simalarını qonaq edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ənənəvi olaraq keçirilən görüş bu dəfə Beştəpədə baş tutub.

1 saat 10 dəqiqə çəkən görüşdə mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy, prezident aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun da iştirak edib.

Mahsun Kırmızıgül, Oqtay Qaynarca, Tamer Qaradağlı, Burak Özçivit, Ata Dəmirər, Elif Dağdevirən, Demet Akbağ və başqaları Ərdoğanın qəbulunda olublar.