Ərdoğan nikah şahidi oldu - Foto

erdogan-nikah-sahidi-oldu
Oxunma sayı: 1342

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nikah şahidi olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan enerji və təbii resurslar nazirinin köməkçisi Alparslan Bayraqdarla Türkiyənin Tokiyodakı səfiri Həsən Murad Mərcanın qızı Səidə Simin toyunda iştirak edib.

Nikahın digər şahidləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım, enerji və təbii resurslar naziri Fatih Dönməz olublar.