Ərdoğan ona heykəl ucaldan bələdiyyələrə tapşırıq verdi

Ərdoğan ona heykəl ucaldan bələdiyyələrə tapşırıq verdi
Oxunma sayı: 1540

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsində ona büst qoyduran bələdiyyə sədrlərini tənqid edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident bu haldan narahat olduğunu dilə gətirib. O, “Bəzi bələdiyyələr mənə abidələr, heykəllər qoydurur. Bunu eşidəndə çox dilxor oldum. Dostlar, bu, bizim dəyərlərimizə uyğun deyil. Mən heç bir abidə istəmirəm. Bir də heç kəs belə səhvlər etməsin”-deyib.

Ölkə başçısı onu da əlavə edib ki, bu cür addım onların prinsiplərinə ziddir.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi