Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlərinin Suruçda silahlı hücuma məruz qalması barədə danışıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisəni şiddətlə qınayaraq hücumun axrasında kimlərin dayandığının tapılacağını bildirib.
“Bu hadisə PKK və HDP-nin kürdlərin qanında bəslənərək böyümək istədiklərinin nümunəsidir. Bizim kürdlərlə deyil, PKK ilə problemimiz var. Kürd qardaşlarımızın da bu məkrli oyunu pozacaqlarına inanıram”.
Ərdoğan deyib ki, bölgədəki kürdləri PKK və HDP-nin əsasətindən xilas etmək üçün çalışmağa davam ediləcək:
“Nə oradakı qardaşlarımızı, nə də partiya üzvlərimizi PKK və HDP-nin şiddəti ilə baş-başa qoymayacağıq”.
Qeyd edək ki, Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri Suruç əyalətində seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar. Hadisə zamanı 4 nəfər - millət vəkilinin qardaşı Mehmet Yıldız, həmçinin Əsvəd, Fadıl və Fərid Şənyaşar adlı şəxslər dünyalarını dəyişiblər. Daha 8 nəfər isə yaralanıb.