Ərdoğan-Putin görüşünə ABŞ-dan - Münasibət

erdogan-putin-gorusune-abs-dan
Oxunma sayı: 3410

ABŞ Xarici İşlər Nazirliyi və Pentaqon Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə baş tutan görüşünə münasibət bildirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, XİN tərəflərin İdlibdə neytral bölgənin yaradılması və orada birgə nəzarətin aparılması qərarını alqışlayıb: “Suriyada gərginliyi azaldacaq hər cür addımı məmnuniyyətlə qarşılayırıq. Ümid edirik, İdlibdəki dinclik daimi olar”. 

Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Şin Robertson isə “ABŞ Suriyada şiddətin azaldılmasına, maneəsiz humanitar yardımların çatdırılmasına, İŞİD və digər terror qruplaşmalarının məhv edilməsinə yönəldilmiş hər cür siyasi həlli dəstəkləyir” açıqlamasını verib.