Ərdoğan Putinlə Afrin əməliyyatından danışdı

erdogan-putinle-afrin-emeliyyatindan-danisdi
Oxunma sayı: 1350

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər dialoq zamanı Afrin bölgəsindəki əməliyyatlarla bərabər Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Ərdoğan “Zeytun budağı” əməliyyatının Afrin bölgəsinin PYD/ YPG və İŞİD terror qruplaşmalarından azad edilməsinə yönəldiyini bildirib.

Türkiyə dövlət başçısı Suriya məsələsində Rusiya ilə əməkdaşlığa və əlaqələndirməyə böyük əhəmiyyət verdiyini qeyd edib.

Hər iki dövlət Liderlər Soçidə 29-30 tarixlərində Suriyada siyasi nizamlanmaya yol aça biləcək milli dialoq konqresinin keçirilməsi üçün birgə səy göstərməyi davam etdirməyə hazır olduqlarını vurğulayıblar.