Ərdoğan Putinlə son prosesləri müzakirə etdi

erdogan-putinle-son-prosesleri-muzakire-etdi
Oxunma sayı: 1333

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə prezidenti Vladimir Putin arasında telefon görüşməsi baş tutub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki lider arasında əsas müzakirə mövzusu Afrin və İdlib başda olmaqla Suriyadakı son proseslər olub.

Görüşdə terrorçuluğa qarşı birgə mübarizə və koordinasiyalı şəkildə hərəkət etmək barədə qərarlılıq bir daha dilə gətirilib.

Ərdoğan və Putin ikitərəfli və reginal məsələlərdə yaxın təmasda olmağa davam etməyin önəmini vurğulayıblar.