Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

erdogan-qasiqcinin-ailesine-bassagligi-verdi
Oxunma sayı: 1505

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, prezident Qaşıqçının ailəsinə telefonla zəng edərək onun ölümünə görə dərin üzüntü içərisində olduğunu bildirib. Ərdoğan Qaşıqçı cinayətinin araşdırılmasını yaxından izləyəcəyini və həqiqətin üzə çıxması üçün hər bir şeyin ediləcəyini deyib.

Jurnalistin oğlu Abdullah Qaşıqçı və ailə üzvləri ilə danışan prezident mərhuma Allahdan rəhmət, ailəsinə isə səbr diləyib.