Ərdoğan Qazaxıstana səfər edib

erdogan-qazaxistana-sefer-edib
Oxunma sayı: 657

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, qonağı Astana hava limanında Qazaxıstanın Baş naziri Karim Masimov, Türkiyənin Qazaxıstandakı səfiri Lale Ülker və digər rəsmilər qarşılayıblar.

Ərdoğanı baş nazirin köməkçisi Bəkir Bozdağ, ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktar, iqtisadi inkişaf naziri Zəfər Çağlayan, enerji və təbii sərvətlər naziri Taner Yıldız, nəqliyyat və dənizçilik naziri Binali Yıldırım, AKP-nin sədr müavini Ömər Çelik, AKP baş katibi Haluk İpək və bir neçə millət vəkilləri müşayiət edirlər.