Ərdoğan Qəzzaya gedir

erdogan-qezzaya-gedir
Oxunma sayı: 636


Aprelin sonunda İstanbula səfəri zamanı ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Ərdoğan səfərini həyata keçirilməsi üçün daha əlverişli şəraiti gözləməlidir. Kerrinin bu bəyanatı Türkiyə hakimiyyəti tərəfindən kəskin tənqid edilib və bildirilib ki, Ərdoğan müstəqil dövlətin Baş naziri kimi özü xarici səfərləri üçün vaxtı müəyyən edir.

Ərdoğan cümə axşamı Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə keçirilən birgə mətbuat konfransında bildirib ki, çox güman ki, Qəzzaya iyunda gedəcək: "Mən Yaxın Şərqdə sülh prosesi çərçivəsində öz səfərimə çox böyük əhəmiyyət verirəm. Mən hesab edirəm ki, mənim səfərim Fələstində barışıq prosesinə kömək edəcək".

Ərdoğan qeyd edib ki, o, həmçinin İordan çayının Qərb sahilinə səfər etməyi planlaşdırır: "Sözsüz ki, söhbət tərəflərdən birini müdafiə etməkdən getmir".

Türkiyənin Baş naziri on beşinci dəfədir ki, ABŞ-a səfər edir.
İsrail Türkiyə ilə münasibətlərinin normallaşmağını nəzərə alaraq Ərdoğanın Qəzzaya səfərinə mane olmayacağına söz verib.