Ərdoğan Qırğızıstanda rəsmi səfərdədir - Fotolar

erdogan-qirgizistanda-resmi-seferdedir
Oxunma sayı: 2051

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyəti ilə birlikdə Qırğızıstana 3 günlük rəsmi səfərə gedib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfərdə prezidenti xanımı Əminə Ərdoğan da müşayiət edib. Ərdoğanla xanımı Bişkek Manas Beynəlxalq Hava Limanında Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və həyat yoldaşı Aygül Jeenbekov tərəfindən rəsmi mərasimlə qarşılanıblar.

Türkiyəli liderlə xanımına ənənəvi qırğız çörəyi “Borsok” və bal təqdim olunub. Ərdoğan qırğız həmkarı ilə görüşdükdən sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Ərdoğan iki ölkə arasında sənədlər imzalandıqdan və ortaq mətbuat konfransından sonra onun şərəfinə veriləcək rəsmi ziyafətə qatılacaq.