Ərdoğan “Rəcəb baba” çağıran qıza görə kortejini saxlatdırdı - Video

erdogan-receb-baba-cagiran-qiza-gore-kortejini-saxlatdirdi
Oxunma sayı: 8440

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ailəsi ilə Şəhidlər Xiyabanını ziyarət edərkən yolda ona “Rəcəb baba” deyə səslənən qızcığaza görə kortejini saxlatdırıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Sudə adlı qız prezident kortejini görüncə Ərdoğanı çağırmağa başlayıb. Səsə biganə qalmayan prezident sürücüsünə avtomobilini saxlamaq göstərişi verib. İsveçrədən Türkiyəyə gedən ailə Ərdoğanın bu addımından sevinərək kortejə yaxınlaşıb.

Prezidenti görən bacılar isə ağlamağa başlayıb. Qızlara oyuncaq hədiyyə edən Ərdoğan onlarla xatirə fotosu çəkdirib. Prezidentin bu videosu isə qısa müddətdə sosial şəbəkələrdə izlənilmə rekordu qırıb.