Ərdoğan seçkisonrası planını açıqladı

erdogan-seckisonrasi-planini-aciqladi
Oxunma sayı: 643

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlərin suallarını cavablandıran Ərdoğan seçkidən sonra xarici ölkələrə səfər planınız varmı sualına cavabında Azərbaycana səfər edəcəyini bildirib: “Məlumdur. Amma indi gəlin bu barədə danışmayaq. Biz Azərbaycana səfər edərik. Ya da Şimali Kipr Türk Cümhuriyyətinə”.

Türkiyənin gündəmi müəyyən edən ölkə olduğunu vurğulayan baş nazir Avropa ölkələrinə olan səfərlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Amerika prezidenti Corc Buş onu baş nazir kimi qəbul edib: “Biz 15 gün ərzində bütün Avropa Birliyi ölkələrinə səfər edəcəyik dedik. ABŞ-a da getdik. Bunlar bizə görə yaxşı addımlardı. Türkiyənin keçmişdə itirdiyi addımları qazanmaq üçün etdik”.

Nərgiz Ehlamqızı