Ərdoğan Serbiyaya səfər edib

erdogan-serbiyaya-sefer-edib
Oxunma sayı: 1074

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiyaya rəsmi səfəri başlayıb.

“Qafqazinfo”  xəbər verir ki,  bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hava limanında Türkiyə prezidentini Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç, baş nazir Ana Brnabiç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir. Oktyabrın 11-də isə Ərdoğan Serbiyanın cənubundakı Novi-Pazar şəhərinə səfər edəcək