Ərdoğan sərt danışdı

erdogan-sert-danisdi
Oxunma sayı: 639

Ərdoğan bu mübarək Ramazan ayında da türk gənclərini şəhid edən PKK-ya qarşı səbrlə dayandıqlarını deyib. Bu mübarək ayda savaş açanları sərt şəkildə qınayan türkiyəli baş nazir terrorçuların bu hərəkətinin cahiliyyə dövründə belə olmadığını söyləyib. “Heç cəhalət dönəmində belə kimsə kimsənin canına qıymazdı”, deyən Ərdoğan “bıcağın sümüyə dirəndiyini” bildirib.
Ərdoğan terror təşkilatlarının kürdlərin təmsilçisi olmadığını da dilə gətirib. “Bunların dinlə də bir əlaqəsi yoxdur. Əslində, İmralıdakı (Abdulla Öcalan nəzərdə tutulur-red.) kürdlərin dininin Zərdüştilik olduğunu elan etmişdir”, - deyən Ərdoğan bu işlərin qaydasına düşəcəyinə əmin olduğunu söyləyib. Baş nazir Ramazandan sonra Türkiyədə bu məsələnin fərqli olacağına da diqqət çəkib.
Qafqazinfo