Ərdoğan Trampla görüşdü - Fotolar

erdogan-trampla-gorusdu
Oxunma sayı: 6665

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Parisdə bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, iki lider Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərlə bağlı ölkə rəhbərləri şərəfinə verilən axşam yeməyində ayaqüstü söhbətləşiblər.

Ziyafətə xanımları ilə birlikdə qatılan Ərdoğan və Tramp daha sonra masada yanaşı əyləşərək söhbətlərini davam etdiriblər.

Qeyd edək ki, amerikalı rahib Endryu Branson azadlığa buraxılmasından sonra Türkiyə və ABŞ arasında siyasi gərginlik azalıb.