Ərdoğan Trampla telefonda söhbətləşdi

erdogan-trampla-telefonda-sohbetlesdi
Oxunma sayı: 817

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon görüşməsi baş tutub.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı təhlükəsizlik, terrorizmlə mübarizə və Suriyadakı proseslər də müzakirə edilib.

İki lider Suriyada daha təsirli koordinasiyanın qurulması istiqamətində razılıq əldə ediblər.