Ərdoğan Trampla Yaponiyada görüşə bilər

erdogan-trampla-yaponiyada-goruse-biler
Oxunma sayı: 652

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp yaxın zamanda görüşə bilərlər.

“Qafqazinfo”nun "Reuters"ə istinadən məlumatına görə, bu barədə Türkiyə hökümətindən etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, görüşün Yaponiyada “G20” sammiti çərçivəsində baş tutması gözlənilir:

"Biz hazırda təqvim üzərində işləyirik. Biz bəzi müsbət siqnallar alırıq, lakin dəqiq zaman hələki müəyyən edilməyib. Onlar [T.Ərdoğan və D.Tramp] həmçinin Yaponiyada “G20” sammiti çərçivəsində görüşə bilərlər".