“Ərdoğan üçün bir-birini əzənlər İmamoğluna dəstək olur”

erdogan-ucun-bir-birini-ezenler-imamogluna-destek-olur
Oxunma sayı: 2696

“Ərdoğan üçün bir-birini əzənlər İmamoğluna dəstək olur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış müğənnisi Yusuf Güney iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğluna dəstək olan həmkarlarının ünvanına söyləyib.

Sənətçi “Hər şey çox gözəl olacaq” deyən sənətçiləri şəxsi İnstaqram hesabında tənqid edib.

“Dünən ölkə başçısı ilə selfi çəkdirmək üçün bir-birini əzənlər bu gün İmamoğluna dəstək olur. Bir duruşunuz, bir mənəviyyatınız olsun. Sizdən hörmət istəyirəm, bir-birimizə hörmətlə yanaşaq”, - Y. Güney sosial şəbəkə hesabında yazıb.