Ərdoğan və Əhmədinejat görüşü

erdogan-ve-ehmedinejat-gorusu
Oxunma sayı: 643

Görüşdə həmçinin Türkiyənin və İranın xarici işlər nazirləri Əhməd Davudoğlu və Əli Əkbər Salehi də iştirak edir. “Qafqazinfo”nun məlumatına görə, dünənə planlaşdırılan görüş Əhmədinejatın səhhətindəki bəzi problemlər səbəbindən təxirə salınmışdı. Görüşün baş tutmaması ilə bağlı İran tərəfi rəsmi açıqlama verməsə də, Türkiyə mətbuatı İran prezidentinin axşam saatlarında Türkmənistandan gələn bir rəsmini qəbul etdiyi bildirilir.

Qeyd edək ki, dünən Türkiyənin baş naziri İran parlamentinin spikeri Əli Laricani ilə görüşündə Suriya ilə İraq məsələsini müzakirə edib.