Ərdoğan və Putin arasında telefon danışığı olub

erdogan-ve-putin-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1426

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, danışıq zamanı ikitərəfli əlaqələr və Suriyadakı böhran müzakirə olunub.

İdlibdəki vəziyyəti dəyərləndirərkən, ölkə başçıları atılan addımların əlaqələndirilmiş olmasının vacibliyini vurğulayıblar.

Rusiya dövlət başçısı həmçinin Türkiyə liderini Cumhuriyyət bayramı münasibəti ilə təbrik edib.