Ərdoğan və Tramp arasında telefon danışığı oldu

erdogan-ve-tramp-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 1479

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, iki lider Soçi zirvəsi, Suriya böhranı və regional problemləri müzakirə ediblər.

Qeyd edək ki, telefon görüşməsi barədə Tramp tvitterdə məlumat vermiş və Ərdoğanla Yaxın Şərqdəki qarışıqlıq barədə danışacağını qeyd etmişdi. O, “Bu işi həll edəcəyəm, amma ən başda həyatlar və dollarlar (6 trilyon) itirməyimiz xəta idi” deyə vurğulamışdı.