Ərdoğan yeni əməliyyatı açıqladı - “Bir neçə günə başlayırıq”

erdogan-yeni-emeliyyati-aciqladi
Oxunma sayı: 3675

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Zirvəsində çıxışı zamanı bir neçə günə Suriyada Fərat çayının şərqinə əməliyyata start veriləcəyini açıqlayıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, hədəflərinin ABŞ əsgərləri olmadığını, bölücü terrorçular olduğunu bildirib:

“Hər şeyə rəğmən ABŞ-ı doğru yerlərdə qarşılaşa biləcəyimiz ümidi ilə strateji müttəfiqimiz olaraq görürük. Suriya məsələsində dərin fikir ayrılıqlarımızın gələcəkdəki böyük əməkdaşlıqlarımıza əngəl törətməsinə imkan verməməliyik”.

Ərdoğan Trampın “30 gün əörzində İŞİD-in heç bir üzvü qalmayacaq” açıqlamasına isə bunları deyib:

“Görəcəyik, ümid edirik təmizləyərlər. İŞİD-ə qarşı bir şey edəcəksən, gəl birlikdə edək”.