Ərdoğan yeni hökumət qurdu

erdogan-yeni-hokumet-qurdu
Oxunma sayı: 1733



Ərdoğan kabinetdə 10 naziri əvəzləyib. Dəyişikliklərlə bağlı açıqlamasında baş nazir bildirib ki, dekabrın sonlarında belə bir addımın atıla biləcəyi əvvəlcədən deyilmişdi. Son hadisələrdən sonra isə (rüşvət və korrupsiya əməliyyatı) hökumət üzvlərindən bir neçəsi istefa verib, bir neçəsi qarşıdakı seçkilərdə namizəd olacaqları üçün görəvlərindən ayrılıblar. Yeni təyin olunan nazirləri prezident Abdulla Gülün də təqdir etdiyini bildirən Ərdoğan onların adlarını sadalayıb. 
Beləliklə:

Baş nazirin müavini – Əmrullah İşlər
Ədliyyə naziri – Bəkir Bozdağ
Ailə və sosial siyasət naziri – Ayşənur İslam 
İqtisadiyyat naziri - Nihat Zeybək
Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə
Gənclər və idman naziri - Akif Çağatay Kılıç
Daxili işlər naziri – Əfqan Ala
Nəqliyyat naziri - Lütfü Əlvan
Sənaye və texnologiya naziri - Fikri İşıq
Avropa Birliyi ilə əlaqələr naziri - Mövlud Çavuşoğlu