Ərdoğan Yılmazın oğlunun cənazəsini çiynində daşıdı - Fotolar

erdogan-yilmazin-oglunun-cenazesini-ciyninde-dasidi
Oxunma sayı: 5567

Xəbər verdiyimiz kimi, Türkiyənin keçmiş baş naziri Mesut Yılmazın oğlu Yavuz Yılmaz intihar edib.

“Qafqazinfo” xəbər verir ki, Yavuz Yılmaz bu gün İstanbulda dəfn edilib.

Mərmərə İlahiyyat məscidində keçirilən mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, partiya sədrləri, keçmiş baş nazirlər, federasiya, klub və şirkət rəhbərləri Məsut Yılmazı yalnız buraxmayıblar.

Qeyd edək ki, hadisə dekabrın 15-də baş verib. Y.Yılmaz Beykozdakı evində silahla vurulmuş halda tapılıb. Sonradan onun intihar etdiyi məlum olub.