Ərdoğan Yunanıstana gedir - 65 il sonra ilk

erdogan-yunanistana-gedir
Oxunma sayı: 1789

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfər edəcək.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Hakan Çavuşoğlu məlumat verib. O, Ərdoğanın 65 il sonra Yunanıstana səfər edəcək ilk Türkiyə prezidenti olduğunu da vurğulayıb. 

Çavuşoğlu ziyarətin yaxın günlərdə baş tutacağını qeyd edib: “Üç böyük layihə var. Bunlardan birincisi İzmirdən Salonikə insan və yük daşınması ilə əlaqədar bərə səfərləri, ikincisi İstanbuldan Salonikiyə sürətli qatar xəttinin inşası və İspasa gömrük qapılarına körpünün tikilməsidir".