Ərdoğana qoşulan “Dombıra” izlənmə rekordu qırır- - Video

erdogana-qosulan-dombira-izlenme-rekordu-qirir-
Oxunma sayı: 8210


“Qafqazinfo”nun Modern.az-a istinadən xəbərinə görə, söhbət xalq musiqisi sənətçisi və ozanı, milliyətcə Noqay türkü Arslanbek Sultanbekovun məşhur “Dombıra” mahnısından gedir. Bütün Türk dünyasına öz damğasını vurmuş bu mahnının sözləri Rəcəb Tayyib Ərdoğanın şərəfinə dəyişdirilərək, sosial şəbəkələrdə yerləşdirilməklə yanaşı, telekanallarda da səsləndirilməkdədir.

Yeri gəlmişkən, məşhur türküçü Uğur İşılakın ifa etdiyi mahnı YouTube-da sürətlə dinləyici sayını artırmaqdadır.

Qeyd edək ki, martın 25-də İstanbulda keçirilən 2 milyon nəfərlik mitinqdə Ərdoğan mahnının bəstəkarı Arslanbek Sultanbekovu səhnəyə çıxarıb, onunla əl-ələ verərək xalqı salamlamışdılar.