“Ərdoğana yaltaqlıq edirlər və yarınmaq istəyirlər”

erdogana-yaltaqliq-edirler-ve-yarinmaq-isteyirler
Oxunma sayı: 644

Bu fikirləri mətbuata BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Fransa Senatının qondarma erməni «soyqırımı»nın kriminallaşdırılması ilə bağlı qəbul etdiyi qanun və bu məsələ ətrafında aparılan müzakirələrdə bəzi siyasi qüvvələrin Azərbaycan hökumətindən ölkəmizin imkanları çərçivəsində qardaş Türkiyəyə dəstək verməyə çağırmaq əvəzinə, ölkədaxili siyasi mübarizədə Türkiyədən dəstək almaq üçün «yarınma» siyasəti yürüdürlər və bununla da iki qardaş ölkə arasında münasibətlərin inkişafına xidmət etmədiklərini göstərirlər. Bu siyasəti əsasən radikal müxalifət nümayəndələri edir.” Buna təəssüf etdiyini bildirən Orduxanlı bildirib ki, dünyanın acı reallıqları Azərbaycandan çox böyük və güclü Türkiyəyə də 22 ildən artıq müddət ərzində öz qardaşına torpaqlarını işğaldan azad etmək üçün effektli yardım göstərməyə imkan vermir. Türkiyə böyük qardaş kimi düşünməlidir ki, Azərbaycanın bir milyon qaçqını və 20 % ərazisi işğaldadır və bunun həllinə çalışmalıdır. Onlar bizə Qarabağ məsələsində lazımı dəstəyi vermirlər , biz daha çox dəstək gözləyirik və buna Türkiyənin gücü də çatır”.

BAXCP sədrinin müavini bu gün Türkiyə ilə Ermənistanın birillik ticari əlaqələrinin 300 milyon dollardan artıq olduğunu deyib: “Bu məlumatı həm Türkiyənin dövlət şəxsləri , həm də Azərbaycanın dövlət rəsmiləri bildirib. Bir il ərzində Gürcüstan vasitəsi ilə Ermənistana 2000-dən artıq "TİR" yük maşınları ilə yük daşınır. Bu fakt xalqımızı çox narahat edir. Bu gün Ermənistana ən çox kömək edən dövlətlərdən ikisi də məhz İran və Türkiyədir. Burada söhbət Türkiyə hakimiyyətindən gedir, söhbət sadə xalqdan getmir. Digər məsələ isə, Türkiyə hökuməti Türkiyədə qeyri-qanuni yaşayan və Ermənistan vətəndaş olan 100 min ermənin də çıxartmalıdır. Bunlar Türkiyədə pul qazanıb öz ölkələrinə göndərirlər. Bu məlumatı AŞPA-da cənab Ərdoğanın özü vermişdi. Bu gün Ermənistana da qarşı addımlar atılmalıdır. Ermənistanla əlaqələr birdəfəlik kəsilməlidir! Türkiyə məlum qərar qəbul edilməmişdən öncə Ermənistana qarşı amansız addımlar atacağını və birbaşa Ermənistan vasitəsi ilə də, həmin qərarın qəbul edilməməsinə təsir etməli idi. İndi də keç deyil. BAXCP-nin bu cür mövqedən çıxış etməsi birbaşa Azərbaycanın milli maraqlarından irəli gəlir. Biz bunu indi yox, həmişə demişik və deyəcəyik də”.