Ərdoğandan Abdulla Gül açıqlaması

erdogandan-abdulla-gul-aciqlamasi
Oxunma sayı: 4985


Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan səlahiyyət dövrü başa çatmaqda olan keçmiş  prezident Abdulla Gül haqqında açıqlama verib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni prezident  Abdulla Gülün partiyaya geri dönməsində bir əngəlin olmadığını deyib.

Qeyd edək ki, Abdulla Gül  "Prezidentliyim başa çatanda şübhəsiz ki, partiyama geri dönəcəyəm. Partiyama geri dönməyim mənim üçün təbii haldır"- deyə jurnalistlərə açıqlama vermişdi.