Ərdoğandan ABŞ-a ismarış - “Səbrimiz qalmadı”

erdogandan-abs-a-ismaris
Oxunma sayı: 1422

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada baş verənlərə görə ABŞ-ı ittiham edib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlığı Təşkilatının “Qüds zirvəsi”ndə bölgədəki qətliamda bütün məsuliyyətin Amerikanın üzərində olduğunu deyib:

“Tramp respublikaçıdır, deyilmi? Əvvəlki prezident Buş da respublikaçı idi. Amma Buş “iki dövlətli həll” məsələsinə razılıq vermişdi. İndiki respublikaçı, təəssüf ki, işğala meyillidir. Amerikanın Qüds qərarını bir daha rədd edirik. İsrail Qəzzadakı hadisələri ABŞ hökumətinin dəstəyi ilə törədir. Terror qruplarının müqəddəs bildiklərimizə qarşı hörmətsizlik göstərmələri daha səbrimizi tükədir. Artıq sistematik barbarlıq qarşısında səsimizi yüksəltməyin vaxtıdır”.

Nuranə