Ərdoğandan CHP-li namizədə sərt sözlər

erdogandan-chp-li-namizede-sert-sozler
Oxunma sayı: 1346

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin Ankara bələdiyyə sədrinə namizəd göstərdiyi Mansur Yavaşı sərt bir şəkildə təqid edib. “Qafqazinfo” xəbər verir ki, ölkə lideri bu barədə Cümhür İttifaqı Ankara mitinqində çıxışı zamanı bildirib. Ərdoğan M. Yavaşı saxtakarlıqda ittiham edib. 

“Soyadı Yavaş olan var ha… Saxta sənədlərlə iş görür. CHP bu adamı Ankaraya bələdiyyə sədrliyinə namizəd kimi təqdim edir. Həmin insan Ankaranın başına gəlsə, necə saxta sənədlər hazırlayacağını xatırlayın. Onun üçün bunların dərsini vermək lazımdır”- deyə prezident qeyd edib.