Ərdoğandan Mərkəzi Banka sərt xəbərdarlıq - “Səbrimin sonu var”

Ərdoğandan Mərkəzi Banka sərt xəbərdarlıq
Oxunma sayı: 2768

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün uçot dərəcəsini 24 faizə çatdıran Mərkəzi Bankın qərarına etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan faiz artımının olduqca yüksək olduğunu vurğulayıb:

“İnflyasiya heç bir zaman Mərkəzi Bankın açıqladığı kimi olmayıb. Mərkəzi Bank faiz artımını olduqca yüksək həyata keçirdi. Müstəqilliyin nəticəsini görəcəyik. Bu səbir bir yerə qədərdir. 

ABŞ idarəçiliyinin Türkiyə iqtisadiyyatını hədəf alan alçaq hücumu ilə qarşı –qarşıya qaldıq. Avqustda məzənnənin 7 lirəyə yüksəlməsi iqtisadi suiqəsddir. Belə bir nəticə məsələnin siyasi olduğuna işarədir. Türkiyə hüquq dövlətidir, qəbilə dövləti deyil". 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi