Ərdoğandan S-500-lə bağlı Putinə təklif

erdogandan-s-500-le-bagli-putine-teklif
Oxunma sayı: 2362

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ərdoğan TV24 kanalına müsahibəsində deyib:

"Rusiya bizə S-400 üçün əlverişli kredit şərtləri təklif etmişdi. İkinci və üçüncü mərhələlərdə biz birgə istehsala başlayacağıq. Mən hətta S-500-lərin birgə istehsalı ilə bağlı Rusiyaya təklif iəli sürmüşəm". 

Ərdoğan ABŞ və NATO-nun Moskva və Ankara arasında S-400-lərin tədarükü ilə bağlı sərt çıxışına da münasibət bildirib:

"Onlar Yunanıstanın S-300-ləri barədə bəs niyə susurlar? Türkiyəyə bu münasibəti başa düşmək olmur. Bizim müdafiə sənayemizin öz tələbləri var və bu tələbləri təmin etməyə çalışacağıq".